Gənc yaşında qazanmaq üçün yox, öyrənmək üçün işləməlisən!!!

  • Gənclər Fondu
  • 2020-06-03
  • 221 Baxis

Fəlsəfə məktəbi

Gənclərlə öz ailələri, müəllim və dostları ilə apara bilmədikləri mövzularda söhbətlərin aparılması onları sabahın sürprizlərinə qarşı sığortalamış olacaq” “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova Gənclər Fondunun dəstəyilə icrasına başladıqları “Gənclərin Fəlsəfə Məktəbi”- layihəsindən Qafqaz Xəbər Agentliyinə danışıb. Həmin fikirləri olduğu kimi sizlərə təqdim edirik: ” Bu günün gənci artıq nə keçmiş Sovetlər Birliyinin gənci deyil, nə də müstəqilliyini yenicə qazanan, daxili və xarici münaqişələrin vurduğu zərbələri dəf etməyə çalışan, keçid dövrünü yaşayan Azərbaycanın. Bu günün gənci artıq Avropaya inteqrasiya edən, öz inkişaf dinamikasina görə dünyanın qabaqcıl ölkələri sırasında olan bir dövlətin gəncidir. Hər zəmanənin gəncinin dünyagörüşü, intelekt və fəlsəfəsi başqa dövrlərdəkindən fərqli olduğu kimi bu günün gənci də artıq 20 il əvvəlki gənclik kimi düşünmür. Ancaq təəssüf ki, hər yaxşının da içərisində bir narahat doğuran məsələlər, problemlər olur. Bu gün görürük ki, çox vaxt paytaxt Bakıda yaşayan gənclərin dünyagörüşü ilə regionlarda yaşayan gənclərin dünyagörüşü və intelekti üst-üstə düşmür. Baxmayaraq ki, bütün rayonlarda hətta ucqar dağ kəndlərində belə internetdən istifadənin asanlaşdığı bir dövrdə yaşayırıq. Regionlarda yaşayan gənclərin dünyagörüşlərinin paytaxta yaşayan gənclərimizdən fərqli olması ilk baxışdan elə də ciddi bir problem kimi görünməsə də bəzən zaman keçincə ağır fəsadlara yol açır. Bu həmin gənclərimizin iş, təhsil, ailə və ya digər səbəblərdən paytaxtda, istərsə də, digər ölkələrdə yaşamağa başladığı elə ilk günlərdən birüzə verməyə başlayır. Fikir və dünyagörüşü ziddiyyətlərinin olması həmin gənclərin bəzən tək qalmasına, özünəqapanmasına və hətta bəzən intiharlara və ağır cinayətlərə də yol açır. Halbuki regionda yaşamasından və gələcəkdə hansı sənətin sahibi olmasından asılı olmayaraq istənilən gənc həyatın bütün sınaqlarına, qarşıda onu gözləyən yaxşı və pis sürprizlərə hazırlıqlı olmalı, layiqli vətəndaş kimi yetişməyi bacarmalıdır. Belə olduqda o evindən çıxarkən ata- anasının yaxşılığını düşündüyü kimi, ölkəmizdən kənarda olduqda da öz əməlləri ilə vətənimizin firavanlığını düşünəcəkdir. Lakin çox təəssüf ki, bu gün müəyyən sosial problemlər səbəbindən ailələrdə uşaqlara mənəvi- fəlsəfi biliklər aşılanmır. Gələcəkdə yalnız yüksəkqazanclı bir işə sahib olmaq xəyalı ilə böyüyən uşaqlar bədii ədəbiyyata meyl göstərmir, medianı diqqətdə saxlamırlar. İnternetdən yalnız oyun, əyləncə və tanışlıq məqsədi ilə isdifadə olunması, televiziya proqramlarında yalnız musiqi və şou verlişlərinə baxılması, eləcədə də, milli- mənəvi dəyərlərimizlə səsləşməyən əcnəbi serialların izlənilməsi, qorxu və fantastik filmlərə üstünlük verilməsi gənclərimizin dünyagörüşünə sarsıdıcı zərbə olur. Bəzən gənclərimizin vaxt bölgüsünü düzgün aparmaması, ailə başçılarının onların özəl həyatları ilə maraqlanmaması və bəzi sosial problemlər kimi müxtəlif səbəblərdən gənclərin düzgün istiqamətlənməməsinə və onlarda intelektual- fəlsəfi fikirlərin formalaşmamasına gətirib çıxarır. Belə gənclər gələcəkdə hansı sahəni seçməsindən asılı olmayaraq mütəxəsis olmağa çalışmır, öz şəxsi həyatları barədə aydın düşünə bilmir və problemə düçar olduqda kimə müraciət edəcəklərini unudurlar”. Səbinə xanım onu da qeyd edib ki, icrasına başladıqları layihənin əsas məqsədi regionlarda yaşayan gənclərdə müasir dünyagörüşün, formalaşmasına çalışmaq, onları gələcəkdə qarşılaşacaqları problemlərə hazırlıqlı vəziyyətə gətirməkdir: ” Bu məqsədlə region gənclərinin bu sahədəki problemlərini araşdırıb, onlarla mütəmadi görüşlər təşkil edəcəyik. Bu asudə vaxt məktəblərinin “fəlsəfə məktəbi” adlandırılmasının əsas səbəbi burada gənclərimizə məhz fəlsəfi biliklərin aşılanmasıdır. Onlara bədii ədəbiyyatdan istifadənin vacibliyi, internet və televiziyadan səmərəli istifadə, eləcə də, vaxt bölgüsünün düzgün aparılması aşılanacaqdır. Gün ərzində həm təhsilə, həm fiziki və həm də fəlsəfi sağlamlığa vaxt ayırma imkanlarının olması əyani şəkildə onlara göstəriləcəkdir. Gənclər görəcəklər ki, onlar öz əyləncələrindən kənarda qalmadan da inkişaf edə bilərlər. Ayrıca gənclərin öz gördükləri işlərdən zövq almaları və həvəsləndirilmələri onlara ayrı bir əyləncə nəsib edəcəkdir. Gənclərlə öz ailələri, müəllim və dostları ilə apara bilmədikləri mövzularda söhbətlərin aparılması onları sabahın sürprizlərinə qarşı sığortalamış olacaq. Təhsil, iş, sevgi, ailə və digər özəl mövzularda müvafiq bilgilərin gənclərə çatdırılması bu gənclərdə sağlam fəlsəfi fikirlərin formalaşmasına gətirib çıxaracaqdır. Layihənin bir vəzifəsi də gənclərdə məişət üçün müəyyən əmək vərdişlərini inkişaf etdirməkdir. Belə ki, istər tələbəlik, illərində istərsə də, ailə qurduqdan sonra müəyyən problemlərin yaşanmaması üçün onlara kiçik təsərüfati bilgilər, məsələn, yemək hazırlama, tikiş tikmə, paltar ütüləmə, ağac əkmə, evdə xarab olmuş hər hansı bir əşyanı təmir etmə və s. veriləcək və onlar zövq aldıqları bu işləri sonradan daha da təkminləşdirməyə çalışacaqlar. Eyni zamanda layihəyə qatılan gənclərin xüsusi istedları kəşf olunacaq və onlarla bu sahədə müvafiq işlər aparılacaq. “Fəlsəfə məktəb”inə qatılan gənclər arasından kəşf olunan həvəskar rəssam, yazar, aktyor və başqaları öz əsərlərinə bir başqa pəncərədən “fəlsəfə pəncərə”sindən baxacaqlar. Çəkilən rəsmlər, karikaturalar, yazılan şeir və hekayələr, müxtəlif əl işləri, göstərilən müxtəlif tamaşalar, bəstələnib- ifa olunan mahnılar “məktəb”in digər üzvlərinin müzakirəsinə çıxarılacaq. Bu da onlarda özünəinam hissinin artmasına və təkamülünə səbəb olacaqdır. Ayrıca “fəlsəfə məktəbi”nə qatılan gənclərdən ibarət müxtəlif qruplardakı gənclər arasında vəzifə bölgüsü aparılacaq və onlara “məktəb” müddətində müvafiq simvolik vəzifələr veriləcək, bu vəzifələr qarşısında onlara məsuliyyət hissi aşılanacaq və bu tendensiya onlarda liderlik və natiqlik qabiliyyətinin təzahürünə səbəb olacaq. Gənclər sabah onları gözləyən sıxıntılara, yaxşı və pis sürprizlərə hazırlıqlı olmaqla nə vaxtsa depresiyaya düşməyəcək, nəticədə intiharların və cinayətlərin sayı azalacaq və bu da öz növbəsində təhsilin və həyatın digər mühüm sferalarının inkişafına gətirib çıxaracaq. Həmçinin, gənclər arasında keçirilən müxtəlif əyləncəvi proqramlar bu “məktəbi” həmin şagirdlər üçün unudulmaz edəcəkdir”.

18

Layihələr

5

Donorlar

Ziyarətçi sayı